Həkim: “Üçüncü dozanın vurulması lazımdır”
Banuçiçək Kalbalıyeva
14:20 31.08.2021
Sağlamlıq
643
“Peyvənd xəstəliyin qarşısını almır, sadəcə ağırlaşmaya imkan vermir”
“Təsadüfi deyil ki, vaksinləşən, amma yoluxan şəxslərdə adətən tromblaşma kimi hallar olmur”
"Orqanizm özü xəstəliklə mübarizə apara bilir. Pandemiya hələ davam edir. Çıxış yollarımız isə məlumdur və başqa alternativimiz yoxdur”
Koronavirusa yoluxma faktı yenidən artmaqdadır. Bir ara- yoluxma sayı xeyli azalanda sevinmişdik. Elə bilmişdik ki, kabus daha bitdi. Amma, deyəsən, əsl kabus qabaqda imiş... Vaksinləşmə də sürətlə davam edir. Çoxunun ümid yeri də məhz peyvənddir. Elə isə hazırkı tendensiya gələcək üçün nələr vəd edir?
“Sherg.az” olaraq bu barədə tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova ilə söhbətləşdik:
- Yoluxma faktının artmasını nə ilə əlaqələndirirsiniz?
- Əslində bu, gözlənilən idi. Çünki insanlar pandemiyanın ilk dövrlərindən fərqli olaraq indi məsuliyyətsiz davranırlar. Taksi sürücüləri tibbi maska taxmır, adamlar aralarında sosial məsafə saxlamırlar. Belə olan halda yoluxma sayının artması, əlbəttə, təəccüblü deyil. İlk vaxtlardan deyirəm ki, koronavirusla mübarizə üçün cərimələnmə lazımdır. Görünür, maariflənmə işə yaramır.
- Növbəti qapanma ehtimalı barədə fikirləriniz necədir?
- Vaksinləşmənin sürətlə getdiyinə görə qapanmanın olacağına inanmıram. Çünki bu, həm də iqtisadiyyata zərbədir. Cüzi məhdudiyyətlər isə istisna deyil. Əsas məsələ indi ümid yerimizin olmasıdır. Bu, peyvənddir.
- Artıq üçüncü dozanın vurulması gündəmə gəlib. Sizcə, bu, nə qədər məqsədəuyğundur?
- Antitelin orqanizmdə qalma müddəti altı aydır. İkinci dozanın üzərindən yarım il keçibsə, üçüncünün vurulması lazımdır. Xüsusilə nəzərə almalıyıq ki, yoluxma və ölüm faktı heç də az deyil. Yalnız bir halda vaksinin növbəti dozası ertələnə bilər.
- Nə vaxt?
- Ola bilsin, şəxs birinci və ya ikinci dozanı vurdurandan sonra koronavirusa yoluxub. Bu zaman orqanizmdə təbii antitel yaranır və növbəti doza üçün daha altı ay gözləmək lazım gəlir. Yeri gəlmişkən, deyim ki, peyvənd vurduranların müntəzəm olaraq antitellərini yoxlatması çox yaxşı haldır.
- Deməli, vaksin olunanlar da yoluxa bilir?
- Əlbəttə. Peyvənd xəstəliyin qarşısını almır, sadəcə ağırlaşmaya imkan vermir. Təsadüfi deyil ki, vaksinləşən, amma yoluxan şəxslərdə adətən tromblaşma kimi hallar olmur. Orqanizm özü xəstəliklə mübarizə apara bilir. Pandemiya hələ davam edir. Çıxış yollarımız isə məlumdur və başqa alternativimiz yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət