Həkimdən xəbərdarlıq: “Yoluxma sayı iki həftə sonra zirvədə olacaq”
07:18 06.08.2021
Sağlamlıq
524
Azərbaycanda yoluxma sayında 2 həftə sonra zirvə yaşana bilər.
Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, son dalğada yoluxma sayındakı artış üç həftədən bir az artıq davam edir:
“İndiki tendensiya əvvəlki kimi deyil, peyvənd olunanların sayı daha çoxdur. Peyvəndlə əlaqədar siyasət nisbətən sərtləşdirilir. Bunun yoluxma statistikasına ciddi təsiri olacağını və zirvəni bəlkə də yaxın vaxtlarda görə biləcəyimizi söyləmək olar. Bunu tam əminliklə deməyimiz üçün yoluxanların neçə faizində “Delta ştammı” olmasını bilmək yaxşı olardı. Ümumiyyətlə isə ölkədə yoluxma sayında dəhşətli zirvə gözlənilmir. Böyük ehtimalla səhiyyə sitemi onun öhdəsindən gələcək”.
Vasif İsmayıl onu da qeyd edib ki, açıq havada maska taxılması ilə bağlı qadağa yenidən qayıda bilər:
“Müəyyən iş yerləri, yəni böyük ticarət mərkəzləri, mollar yenidən bağlana bilər, toy məclislərinin keçirilməsi qadağan oluna bilər. Epidemioloji vəziyyət hazırda düşündüyümüz kimi davam etsə, maksimum açıq havada maska taxmaqla bağlı qadağa yenidən gətirilə bilər. Hesab edirəm ki, çimərlik mövsümü bitdiyi üçün ciddi problem olmayacaq. Toy mövsümü isə məhərrəmliklə əlaqədar 50 günlük bitəcək. Toylar başlayana qədər isə biz IV dalğanı bitirməyə çalışmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya