Kondisioner ürək-damar xəstəliyi olanlar üçün ziyandır
19:39 18.07.2021
Sağlamlıq
669
Havalar isti keçəndə kondisionerə tələbat artır. İşdə, evdə, avtomobildə, demək olar ki, hər yerdə kondisioner var. Düzdür, kondisionerlər sərinlik bəxş edir, amma bu cihazın havasının orqanizmə ziyanı da az deyil. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi müxtəlif problemlər yarada bilər.
Sherg.az bildirir ki, həkim-kardioloq Günay Məmmədova AZƏRTAC-a deyib: "İsti və soyuq hava cərəyanının bir-birini əvəz etməsi ürək-damar xəstəliyi olanlar üçün ziyandır. İsti havadan soyuğa keçəndə damarlarda kəskin spastik sindrom aşkarlanır. Buna görə də yay aylarında bu məqama xüsusi diqqət yetirmək lazımdır. Otağın temperaturu yayda 22 dərəcəyədək nizamlanmalıdır".
Kondisionerlərin temperaturunu düzgün tənzimləməklə yanaşı, cihazın olduğu otaq mütəmadi olaraq havalandırılmalıdır. Ondan uzunmüddətli istifadə müxtəlif bakterial xəstəliklərə, dəri problemlərinə, baş və əzələ ağrısına səbəb olur.
Əsas məqamlardan biri də kondisionerin təmizliyidir, çünki filtrdə yığılan mikrob və bakteriyalar havaya qarışaraq infeksiyalar yaradır. Nəfəs yolunun infeksiyası legioner xəstəliyi və astma kimi allergik reaksiyaların artması ilə nəticələnir. Həmin bakteriyalar da ağciyərlərdə xəstəliyə səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya