Korona uşaqlarda da xəstəliklər törədir: Orqanları zədələyir
02:40 07.09.2021
Sağlamlıq
515
Vaksinasiya ilə ən azından fəsadlardan və ölümdən qorunmaq mümkündür
Pandemiyanın ilk dövrlərində COVID-19-un yalnız ağciyər toxumasına təsir etdiyini, ürək ağırlaşmalarının isə yalnız hipoksiyanın və güclü iltihabın nəticəsi olduğu düşünülürdü. Lakin sonralar SARS-CoV-2 virusun hüceyrələrə daxil olduğu və ACE2 zülalına bağlandığı sübut edildi. Bu protein (ACE2) qan damarlarının daxili divarının hüceyrələrində, həmçinin ağciyərlərdə, ürək və digər orqanlarda olur. Virus bu hüceyrələrə hücum etdikdə, onları zədələyir ki, bu da ürək-qan təchizatını azaldır və onun iltihab riskini artırır. Beləliklə, koronavirusdan sonra ürəyin ən təhlükəli fəsadlarından biri ürək əzələsinin iltihabı olan miokarditdir.
Ürəyin əzələsində gedən iltihabi proses özünü uzun müddət büruzə verməsə də, ciddi problemlərə səbəb olur. Klinik təzahürlərin şiddəti ürək əzələsinin zədələnmə dərəcəsindən asılıdır. Müalicə olunmamış miokardit ciddi fəsadlara səbəb olur. Qeyd edək ki, bir çox ölkələrdə hətta 12 yaşda uşaqlar arasında miokarditin əmələ gəlməsi hallarına rast gəlinib. Lakin ABŞ və İsraildə 12 yaşdan yuxarı uşaqların vaksinasiyası başladıqdan sonra nadir hallarda miokarditin inkişafı halları aşkarlanıb. Amerikalı həkimlər oğlan uşaqlarında "Kovid"in ürəyə təsirini araşdırıb. Məlum olub ki, bu yaş qrupunda olan oğlanlar koronavirusu keçirdikdən sonra ürəkdə bu problem daha çox rast gəlinir, nəinki peyvənd olunduqdan sonra. Ona görə də bu yaşda oğlan uşaqlarının ürək əzələsinin iltihabı riskindən qorumaq üçün peyvənd olunması daha məqsədəuyğundur. Türkiyədə də artıq 12 yaş qrupunda olan uşaqların peyvəndlənməsi rəsmən təsdiqlənib.
Koronavirusu törədən SARS-CoV-2 virusunun mutasiyaya uğramaqda davam etdiyini deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında vurğulayıb ki, hər bir mutagen fərqli davranış sərgiləyir. Professor qeyd edib ki, əgər ilkin formalar (Alfa, Beta) uşaqlarda xəstəlik törətmirdisə, ancaq indiki variantlar (Delta və Mu) analoji olaraq uşaqlarda artıq xəstəlik törədir:
"Gənclərdə və uşaqlarda bu xəstəliyin artıq klinik vəziyyətləri aşkar olunur. Ümumiyyətlə, "Kovid"in bəzi orqanları zədələməsi haqqında müəyyən məlumatlar var. Məsələn, məlumatlar var ki, "Kovid"dən sonra xəstələrdə əvvəl olmayan, hətta bir-iki ay qabaq müayinə olmuş şəxslərdə aşkar olunmayan xərçəng şişi, ürək, böyrək çatışmazlığı kimi hallar baş verib. Hesab edirəm ki, bütün bunlar çox geniş araşdırma mövzusudur. Dünya profilaktika mərkəzləri hazırda bununla bağlı çox ciddi işlər aparırlar. Ona görə də vaksinasiya bu gün yeganə çıxış yolu olaraq qalır. Yəni ən azından bu cür fəsadlardan və ölümdən qorunmaq mümkündür. Hələlik, vaksin olunmuş və immunitet yaranmış adamların içərisində ölüm halları qeydə alınmayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə