Koronavirusla bağlı ölüm sayı bir qədər çoxdur
Yusif Nəzərli
09:58 06.11.2021
Sağlamlıq
644
Mərdan Əliyev: "Bunun da səbəbi insanların həkimə bir az gec müraciət etməsidir"
Pandemiya dövrü yayda başa çatacaq və bu xəstəlik fəsli infeksiyaya çevriləcək
"Avropa pandemiyanın mərkəzinə çevrilir və bu gedişlə daha yarım milyon insan koronadan ölə bilər”. Bu sözləri ÜST-nin Avropa regionu üzrə rəhbəri Hans Klüge deyib. "Avropanın 53 ölkəsində yoluxma sürəti narahatlıq doğurur. Sadəcə bir həftə ərzində ağır xəstə sayı iki dəfədən çox artıb. Ötən il olduğu kimi, bu il də Avropa pandemiyanın mərkəzinə çevrilir. Aradakı fərq yalnız daha çox bilməyimiz və daha çoxunu edəcəyimizlə bağlıdır”, - deyə Klüge bildirib.
Həkim infeksionist-hepatoloq Mərdan Əliyev "Şərq"ə açıqlamasında Azərbaycanda pandemiya ilə bağlı vəziyyətin stabil olduğunu deyib. Onun sözlərinə görə, hazırda yeni yoluxanların sayı zəif tempdə artmaqda davam edir:
"Sağalanların sayı yoluxanların sayına təqribən bərabərdir. Aktiv xəstə sayı isə çox artmır. Buna görə vəziyyət stabil olaraq qalır. Ancaq ölüm sayı bir qədər çoxdur, bunun da səbəbi insanların həkimə bir az gec müraciət etməsidir. Çünki xəstələr adi qrip olduqlarını zənn edirlər və vəziyyət artıq ağırlaşanda həkimə müraciət edirlər. Çox zaman da belə vəziyyətdə xəstəni xilas etmək mümkün olmur".
M.Əliyev koronavirusun fəsli infeksiyaya çevriləcəyini deyib:
"Üzü yaya doğru vəziyyətin bu cür davam edəcəyini gözləyirik, yəni çox sürətli artım müşahidə edilməyəcək. Ondan sonra isə azalmağa doğru gedəcək. Bundan sonra da yəqin ki, pandemiya dövrü başa çatacaq və bu xəstəlik fəsli infeksiyaya çevriləcək. Bu gün koronavirusla bağlı ölüm sayları bir qədər artıqdır. Bu da əvvəlcə dediyimiz məsələlərlə bağlıdır. Ümumi dünya üzrə götürəndə təqribən hesablasaq bəlkə də, elə 1 milyon ölüm sayı ola bilər. Çünki bu tendensiya bütün dünyada davam edir və ölüm sayı bütün dünyada artmaqdadır. Yəni faiz nisbətini götürəndə yoluxanla ölüm sayı arasında faiz nisbəti bir qədər çoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou