“Mu” “Delta”dan təhlükəlidirmi? – İnfeksionistdən izah
Banuçiçək Kalbalıyeva
13:42 02.09.2021
Sağlamlıq
722
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazarkeviç koronavirusla bağlı yeni açıqlama verib. O, bildirib ki, Koronavirusun yeni “mu” ştammının orqanizmin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. “Ştam mutasiyalara malik olduğundan maraq doğuran variant kimi müəyyən edilib. Bu mutasiyaların insan orqanizminin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. Virusların təkamülü ilə bağlı ÜST-ün İşçi qrupuna təqdim edilmiş məlumatlar göstərir ki, xəstəlik və ya vaksinləmə nəticəsində formalaşmış immunitet bu ştamma qarşı o qədər də təsirli olmaya bilər. Bu məlumatı təsdiq etmək üçün əlavə araşdırmalar aparılmalıdır",- o, bildirib.
Onun sözlərinə görə, koronavirusun yeni “mu” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib. GISAID-in (Qrip barədə məlumatların mübadiləsi üzrə Qlobal təşəbbüs qrupu) avqustun 29-na olan məlumatına görə, indiyədək “mu” ştamına dünyanın 39 ölkəsində 4 500-dən çox yoluxma halı qeydə alınıb.
“Dünyada “mu” ştamının yayılması halları azalmaqdadır. Hazırda yoluxmaların yalnız 0,1 %-i bu varianta aiddir. Son həftələrdə Kolumbiya və Ekvadorda yeni ştamma yoluxma halları artıb. ÜST bu variantın təsirini araşdırmaqla yanaşı, onun epidemioloji təkümülünü də diqqətlə izləyir”, - təşkilatın nümayəndəsi fikrini tamamlayıb.
Həkim-infeksionist Vüqar Cavadzadə yeni versiya barədə “Sherg.az”a danışarkən virusun daim mutasiyaya uğradığını deyib:
“Bu, virusların bioloji xüsusiyyətidir. Bəlkə də, bundan sonra onlarla, yüzlərlə yeni versiya meydana çıxacaq. Onların böyük əksəriyyətinin insan orqanizmi üçün təhlükəsi yoxdur. Ümumiyyətlə, mikroorqanizm mutasiya edərkən çox zaman xəstəlik törətmə qabiliyyəti zəifləyir. Nadir hallarda bunun əksi müşahidə olunur”.
V.Cavadzadə, həmçinin hazırda 39 ölkədə yeni versiyaya rast gəlindiyini söylədi:
“Kolumbiyada yoluxmaların təxminən 40 faizinda “mu” ştammına rast gəlinib. Yoluxanlar arasında gənclər də var. Amma ölüm sayında artım yoxdur Vaksinin “mu”ya qarşı nə qədər effektli olduğunu indidən demək olmaz. Bunun üçün zamana, elmi araşdırmalara ehtiyac var.
Lakin istənilən halda “Mu”nun “Delta” qədər yolxucu və təhlükəli olduğunu düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət