“Mü” ştammı Azərbaycana çata bilər?
16:51 03.09.2021
Sağlamlıq
513
Dünyada Britaniya və "Delta" ştammları ilə yanaşı, koronavirusun yeni növü sürətlə yayılmağa başlayıb. "Mü" adlandırılan ştamm ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib.
"Mü" ştammına indiyə qədər dünyanın 39 ölkəsində 4500-dən çox yoluxma halı qeydə alınıb.
Bəs, Azərbaycanda da "Mü" ştammına yoluxma təhlükəsi gözlənilirmi?
Milli.Az xəbər verir ki, həkim Aydın Əliyev modern.az-a açıqlamasında bildirib ki, getdikcə yoluxma halları artsa da, virusun öldürücülük qabiliyyəti zəifliyəcək:
"Öncə onu deyim ki, virusların bir xüsusiyyəti var. Mutasiyaya uğradıqca, öldürücülük qabiliyyəti azalır. Bu, virusların əsas xüsusiyyətlərindən biridir. Bundan sonra koronavirusun bəlkə də 15-20 mutasiyası ola bilər. Amma getdikcə zəifliyəcək. Bugünkü adi qrip virusu vaxtilə təhlükəli hesab olunurdu. Amma hazırda adi qrip kimi qəbul edirik. Bir sözlə, onu deyim ki, təşvişə düşməyə heç bir əsas yoxdur. Getdikcə yoluxuculuq artacaq, amma ölüm halları azalacaq" - deyə həkim "Mü" ştammı ilə bağlı narahatlığa əsas olmadığını söyləyib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanda koronavirusun Britaniya və "Delta" ştammlarına yoluxmalar aşkar edilib. Xüsusən də son vaxtlar yoluxmaların böyük əksəriyyəti "Delta" ştammı ilə əlaqəlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət