“...Müəyyən qapanmalara gedilə bilər”
Fidan Həmişəyeva
11:12 23.08.2021
Sağlamlıq
617
“Yoluxma sayında artımın əsas səbəbi vətəndaşların məsuliyyətsizliyidir”
Son günlər ölkəmizdə koronavirusa yoluxma və ölüm sayında ciddi artım baş verir. Məsələn, dünən 3069 nəfər COVİD-19-a yoluxub, 29 nəfər isə vəfat edib. Mütəxəssislərin fikrincə, vətəndaşlarda yaranan arxayınlıq, gigiyena qaydalarına əvvəlki kimi əməl edilməməsi nəticəsində yoluxma sayı artır. Ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artım var. Ölkəmizdə koronavirusa yoluxanların 94 faizində "delta" ştamı aşkarlanıb.
Həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a bildirib ki, pandemiya ölkəmizdə hələ ki, pik həddə çatmayıb:
“Azərbaycan hazırda koronavirusun 3-cü dalğasını yaşayır. Qonşu Gürcüstanda vəziyyət lap kritikdi. “Delta” ştammı ölkəmizdə yayılmazdan qabaq vətəndaşlara xəbərdarlıq edirdik. Çünki bu ştamm olduqca sürətlə yayılır. Şadlıq və mərasim evləri açıldıqdan sonra insanların kütləvi toplandıqları yerdə xəstəlik yayılmağa başladı. Təbii ki, gedişatdan çox şey asılıdır. Ona görə də vəziyyət lap pis olarsa, müəyyən qapanmalara gedilə bilər”.
Həkimin sözlərinə görə, yoluxma sayında artımın əsas səbəbi vətəndaşların məsuliyyətsizliyidir:
“Nə qədər tibbi maska taxılmasını və sanitar-gigiyena qaydalarına əməl edilməsini söyləsək də, hələ buna ciddi riayət etməyənlər var. Hətta vətəndaşların 40-50 faizi ümumiyyətlə, qaydalara əməl etmir. Ona görə də belə bir mənzərənin şahidiyik”.
Ş.Məmmədov vaksinasiya prosesinin də önəmli olduğunu vurğuladı:
“Bəzən vaksin vurulmasına qeyri-ciddi və şübhəli yanaşırlar, saxta vaksin sənədi alırlar. Bu, çox təəssüfləndirici haldır. Xəstələrin 97 faizi vaksinasiya vurdurmayanlardır. Ona görə də ilk növbədə vaksinasiyanı sona çatdırmaq lazımdır. Çünki bu proses tamamlanmamış vəziyyət ağır olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz