“Novovirus” gəldi
04:18 18.09.2021
Sağlamlıq
354
“Korona”dan daha sürətli yayılır
Tədbirlər görülməsə “Novovirus” növbəti pandemiyaya səbəb olacaq
Koronavirusa indi də novovirus əlavə olundu. Son 10-15 gündə qarın ağrısı, qusma və ishal əlamətləri ilə xəstəxanalara gətirilən uşaqların sayındakı artım mütəxəssisləri narahat etməyə başlayıb. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, alimlər “gərəkən tədbirlər alınmazsa, “koronavirusdan daha təsirli və güclü olan” bu virusun növbəti pandemiyaya səbəb olacağı barədə xəbərdarlıq edir. Məhv edilməsi çox çətin olduğu deyilən yeni virusa qarşı hansı önləmlər alınmalıdır? Yoluxma və Mikrobioloji Xəstəlilklər üzrə mütəxəssis Gökçe Demir və Uşaq Xəstəlikləri mütəxəssisi Akif Çelik yeni virusun xüsusiyyətlərindən və onunla mübarizənin necə aparılmasından danışıb.
"Novovirus" hansı əlamətlərlə özünü büruzə verir? G.Demir bu barədə danışaraq bildirib ki, virusun inkubasiya dövrü 2-3 gün davam edir. Sonra anidən başlayan qarın ağrısı və ürək bulanmasıyla davam edir. İshal və qusma da xəstəliyi müşayiət edir. Virusa yoluxanlarda gün ərzində 3-8 dəfə sulu nəcis müşahidə edilir. Hərarətin azacıq yüksəlməsi də ola bilər. Bir neçə gün ərzində sağalma mümkündür. Lakin azyaşlılarda, uşaqlarda və immuniteti zəif olanların sağalması daha uzun zaman ala bilər. Uzman doktor A.Çelik isə qeyd edib ki, "Novovirus" 1968-ci ildə Amerikanın Ohio əyalətində pandemiyaya səbəb olub və bununla tibb aləmində tanınıb. İshal zamanı orqanizm su itkisinə məruz qaldığı üçün virusa yoluxanlarda baş ağrıları, halsızlıq, yorğunluq özünü göstərə bilir. Doktor bildirib ki, "Novovirus" nəcisdən nümunə alınması və PCR üsulu ilə müəyyənləşir. Mütəxəssis tövsiyə edir ki, valideynlər övladlarında bu əlamətləri gördükdə və ya uşağın virusa yoluxduğundan şübhələndikdə onlara bol miqdarda su içirtməli, təmizliyə riayət etməlidirlər. Əgər uşaqda gün ərzində 7-8 dəfədən çox sulu nəcis olarsa, valideyn həkimə müraciət etməlidir. Bu zaman uşaqlarda qusmanın qarşısını almaq üçün serumlardan istifadə edilməlidir. Həkim qeyd edib ki, məktəblərin açılmasıyla uşaqlar arasında "Novovirus"a yoluxma sayının artacağından ehtiyatlanırlar. Virus insanların təmasıyla baş verdiyi üçün uşaqların eyni ortamda olması təhlükəni artırır. Buna görə də hər bir uşağın şəxsi gigiyenasına diqqət edilməli, təmizlik məsələlərinə ciddi yanaşılmalıdır. Mütəxəssis "Novovirus"un koronavirusdan daha uzun müddət – 1 ay canlı qaldığını da deyib. Bu da "Novovirus"u koronavirusdan fərqləndirən əsas cəhətdir. Səth üzərində qidalarda da bu virus 2-3 həftə canlı qalır. Ona görə də uşaqların əllərini tez-tez yumasına, uşaqların sendviç kimi kütləvi qidalardan uzaq durmasına diqqət edilməlidir. Bu, koronavirusdan daha güclü virusdur. Koronavirus xarici aləmdə dayanıqsız, "Novovirus" isə dayanıqlıdır. Həkim xüsusilə, koronavirusa qarşı istifadə olunan peyvəndlərin "Novovirus"a qarşı təsirsiz olduğunu da deyib və səbəbini də belə izah edib ki, bunlar fərqli viruslardır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya