Qubada üçəm doğulub
Məlahət Rzayeva
00:33 11.09.2021
Sağlamlıq
774
Uşaqlar sərbəst nəfəs alır, laborator göstəriciləri yaxşıdır
Həkim-ginekoloq Fəxranə Hüseynzadə isə deyir ki, 2-dən artıq körpənin olmasına analar sevinir, həkimlərsə yox
Quba Regional Perinatal Mərkəzində üçəm doğulub. "Report"un məlumatına görə, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır. Həkimlər bildirib ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır: "Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".
“Əsasən əkizlər normal hamiləliklə dünyaya gəlir. 2-dən artıq - üçəmlər, dördəmlər… adətən süni mayalanmanın nəticəsi olur”. Bu sözləri “Şərq”ə açıqlamasında həkim-ginekoloq Fəxranə Hüseynzadə dedi. Ginekoloq qeyd etdi ki, 2-dən artıq körpənin olmasına analar sevinir, həkimlərsə yox:
- Bunun səbəbi 2-dən artıq dölün olduğu hamiləliyin ananın həyatı üçün risk daşımasıdır. Əkiz övlad, üçəm, dördəm, bəzən hətta bir hamiləlikdə daha artıq 5-6 körpənin dünyaya gəlməsinə analar sevinir. Həkimlərsə bu cür halları adətn sevmir, xoşlamır. Çünki bir neçə körpədən hansısa hamiləlik dövründə tələf olur. Ananın sağlamlığı üçün də təhlükə yaranır. Həkimlər daha çox ananın sağlamlığını düşünür. Heç indiyədək eşitmisinizmi ki, hamiləlik və ya doğuş zamanı ananın həyatına təhlükə yarandıqda, həkim “körpəni istəyirsiniz, yoxsa ananı?” deyə sual etsin. Hər bir həkim üçün arzuolunmaz və hədsiz çətin, ağır belə bir durumda həkimlər ilk növbədə ananın həyatını xilas etməyə çalışır. Və “körpə və ya ana” seçimi qarşısında qaldıqda ananı seçirlər. Biz həkimlər bu reallıqları və baş verə biləcək təhlükələri bilirik deyə, 2-dən artıq yumurta mayalanması hadisəsinə sevinmirik. Bu cür hamiləliklərdə problemlər çox olur. Analıq orqanlarının çoxsaylı dölləri daşımaq və dünyaya gətirmək imkanları məhduddur. Bəzən uşaqlıq orqanı bu cür hamiləlikləri başa çatdıra bilmir. Nəticədə erkən, vaxtından əvvəl doğuşlar, körpələrdən hansınınsa tələf olması baş verir. Həkimlər bəzən ana bətnindəki körpələrdən birini süni yolla tələf etmək məcburiyyətində qalır. Bu halda heç vaxt cinsə görə seçim aparılmır, ən zəif çəkiyə malik döl tələf edilir. Hamiləliyin 8-10-cu həftəsində. Yenə də ananın həyatına yaranmış təhlükənin aradan qalxması və digər döllərin normal dünyaya gəlməsi üçün. Bir sözlə, çoxdöllü hamiləliklər risklidir.
Ginekoloq qeyd etdi ki, süni mayalanmaya sonsuzluq problemi ilə üzləşənlər müraciət edir. Bu zamansa, ehtiyat üçün bəri başdan 2-3-4 yumurta mayalandırılır ki, hansısa mayalanmasa, biri və ya ikisi mayalansın. Ona görə də süni mayalanmada 1, 2 və daha artıq körpənin dünyaya gəlməsi də gözləniləndir:
- Bu körpələrin fərqli çəkidə dünyaya gəlməsi normal haldır. Körpədə başqa anomaliya yoxdursa, çəki azlığı problem deyil. Problem erkən doğulanlarla bağlı yaşanır. Bəzən belə körpələrdə müxtəlif beyin problemləri ortaya çıxır. Beyindaxili yüksək təzyiq, beyinə qansızma… Problemli körpələr küvəzə yerləşdirilir, riskli müddəti keçirdikdən sonra adi şəraitdə saxlanılırlar. Çəkisi az körpənin böyüdükcə hansısa problemlə, hansısa xəstəliklə qarşılaşacağını düşünmək də əsassızdır. Qüsurlu körpələr genetik anomaliyalar nəticəsində dünyaya gəlir. İstər süni mayalanma olsun, istərsə də təbii hamiləlik, qadının yaş dövrü əsas göstəricidir. 35 yaşdan yuxarı qadınlarda problemli hamiləlik və qüsurlu körpələrin dünyaya gəlməsi riski ikiqat çoxdur. Məsələn, 35 yaşdan yuxarı qadınların dünyaya gətirdiyi körpələrdə son zamanlar DAUN sindromu müşahidə edilir. Problemlər yaşa görə yaranır, süni və ya təbii hamiləliyə görə deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya