Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
Yusif Nəzərli
16:22 10.06.2022
Sağlamlıq
455
Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanlarına dəyişiklik etməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini aparmaq və “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışı təmin etmək səlahiyyəti ləğv edilib.
Digər dəyişikliklə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirmək və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etmək tapşırılıb.
Eyni zamanda TƏBİB tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm
Tramp Venesuelada "Tren de Aragua" liderinin öldürüldüyünü açıqladı
14:14 13.06.2026
Dünya
İddia qəbul edilmədi: Məktəb rəhbərliyi ekspertə uduzdu
14:06 13.06.2026
Elm və Təhsil
Sabah 34 dərəcə isti olacaq
13:05 13.06.2026
Ekologiya
Zaxarovanın şeirinə yazılan mahnı Rusiyada duyğusal anlar yaşatdı
12:57 13.06.2026
Dünya
Hindistanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb
12:45 13.06.2026
Dünya
Bu gün Azərbaycanda "Son zəng" tədbiri keçirilir
12:30 13.06.2026
Elm və Təhsil
Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir
12:23 13.06.2026
Gündəm