Tibb professorundan məsləhət: Maskaya qayıdış üçün ideal zamandır
Yusif Nəzərli
04:40 28.12.2023
Sağlamlıq
690
Mövsümi qripin getdikcə daha çox yayıldığı bir vaxtda tibb mütəxəssisləri “donuz qripi” və koronavirusun da yayıla biləcəyi xəbərdarlığı edir. Mütəxəssislər bu fikirdədir ki, mövsümi qripə yoluxmuş şəxslərdə immunitet zəifliyi yarandığından digər viruslara qarşı həssaslıqları da artır. Bu səbəbdən də həmin şəxslərin “donuz qripi”, eləcə də, koronavirusa təkrar yoluxma ehtimalı var.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Türk Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Dərnəyi başqanı, professor Serap Şimşək Yavuz hazırda bir çox virusların yayıldığını bildirib. S.Ş.Yavuz qeyd edib ki, mövsümi qrip xəstəliyi dekabrın əvvəlindən etibarən yayılmağa başlayıb. Hazırda təkcə qrip virusu deyil, onunla yanaşı yüzlərlə viruslar və bakteriyalar da havada dolaşmaqdadır. Bir neçə virusa eyni vaxtda yoluxma isə daha ağır fəsadlarla müşayiət olunur. Hər zaman olduğu kimi mütəxəssislər yenə həyəcan təbili çalaraq əhalinin sağlamlığına diqqət etməyə, xroniki xəstəlikləri olanların, yaşlılar və kiçik yaşlı uşaqların, hamilə qadınların risk qrupuna daxil olduqlarını xatırladaraq ehtiyatlı darvanmağı məsləhət görür. “Koronavirus mövsümi virusa hələ çevrilməyib. 2-3 aydan bir yeni dalğa şəklində geri qayıdır. Hazırda Türkiyədə “Pirola” virusunun alt variantı olan JN1 mutasiyası aktivdir. Əvvəlki qədər yüksək yoluxma olmasa da, ötən aylara nisbətən yoluxmada artım var. Yuxarı tənəffüs yollarının iltihabı xəstəliyi də yayılıb və hazırda xəstəxanalarda, reanimasiya şöbələrində xəstə sayı artmaqda, hətta ölümlərə də səbəb olmaqdadır”, söyləyən S.Ş.Yavuz "insanlar çox zaman qrip xəstəliyi ilə yuxarı tənəffüs yollarının iltihabı xəstəliyini qarışdırırlar və “qripə qarşı peyvənd olmuşdum, amma qripə yoluxdum”,deyərək insanları çaşdırırlar. Mütəxəssis vurğulayıb ki, qrip xəstəliyi, influenza (yuxarı tənəffüs yollarının iltihabı) fərqlidir. İnfluenza virusun səbəb olduğu xəstəlikdir. Soyuqdəymə də tamam başqa xəstəlikdir. Soyuqdəyməni (nezle) yüzlərlə başqa viruslar yarada bilir. Nəfəs darlığı, uzun müddət davam edən öskürək əsasən öz-özünə keçib gedir, bu, virusların xüsusiyyətidir, nəfəs darlığı, öskürək yaradır, bunu qrip adlandırmaq düzgün deyil. Oynaq ağrıları, hərarət yüksəlməsi, öskürək, baş ağrısı əsasən influenza xəstəliyində özünü göstərir. S.Ş.Yavuz viruslardan qorunmaq üçün maska taxılmasını tövsiyə edib: “Maskalara geri dönmək üçün hazırda ən ideal zamandır. Viruslardan bu yolla qorunmaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət