Ürəyin ritmini və qan təzyiqini pozur
Yusif Nəzərli
23:26 10.06.2022
Sağlamlıq
627
Duzdan ən çox zədələnən böyrəklərimizdir
"Duz əvəzinə turp, sumax, baş soğan, yaşıl soğan, keşniş-şüyüd, və pomidor kimi tərəvəzlərdən istifadə etməyimiz kifayət edir"
“Duz insanlarda asılılıq yaradıb. Heç kim duzun insan orqanizminə verdiyi zərərlərin fərqində deyil. Duzsuz hansısa bir qidanı yeyə bilməyəcəklərini iddia edirlər. Halbuki, yer üzündə duzun nə olduğunu bilməyən çoxlu xalqlar var”. Xalq təbabəti üzrə mütəxəssis Təbibxan Bəydəmir deyib:
“Məsələn, eskimoslar ümumiyyətlə duzdan istifadə etmirlər. Onlara duzu göstərəndə “Duz bizə siqaret və narkotika təsiri göstərir”- deyirlər. Duz bir çox heyvanlar üçün də zəhərlidir. Xüsusilə ev quşları üçün. Təsəvvür edin ki, donuz kimi kobud heyvan çox duz yeməkdən ölür. Duz qeyri-üzvi olduğundan insan orqanizmindəki toxumalar və hüceyrələr duzu tanımır.
Duzlu bir şey yedikdən sonra çoxlu su içməyə can atmağımız ruhumuzun duz adlı qəribə maddəyə üsyanıdır, dərhal “zəhərindən” xilas olmaq istəyir. Böyrəklər vasitəsilə duzu xaric edə bilməsi üçün su tələb edir. O zərif böyrəklərin vəziyyətini təsəvvür edə bilərsinizmi? Bədənimizdə duzdan ən çox zədələnən böyrəklərimizdir. İnsan böyrəklərinin bədəndən çıxara biləcəyi həcmdən artıq duz qəbul etsə, bədənimizdə nə baş verir?
Qəbul edilən duzlar ayaqdan başlayaraq bədəndə, oynaqlarda və dəri altında yerləşir. Beləliklə, bədən tədricən deformasiyaya uğrayır. Bu zəhərdən xilas olmaq üçün orqanizm avtomatik olaraq ora su göndərir, onunla duzdan xilas olmaq istəyir.
Nəticədə bədənin bu hissələrində su duzla birləşdikdə əvvəlcə maye olur. Günlər keçdikcə bu maye bərkiyir və oynaqlarda sümüklər arasındakı maye “sement”ə çevrilir. Beləliklə, ağrı və ağrılar yaranır, insanlar bu bəlaya bir ad axtarır və tapırlar - "Revmatizm".
Təəssüf ki, revmatizm heç bir dərmanla müalicə edilmir və insanlar ömrünün sonuna qədər bu xəstəliyə qarşı keyidici dərmanlardan istifadə etməyə davam edir. Duz ürək üçün də təhlükəlidir. Duz ürəyin ritmini və qan təzyiqini pozur.
Qeyd edək ki, təbiətin yaratdığı bütün nemətlərdə insan orqanizminə lazım olan qədər duz var. Duz əvəzinə turp, sumax, baş soğan, yaşıl soğan, keşniş-şüyüd, və pomidor kimi tərəvəzlərdən istifadə etməyimiz kifayət edir. Bişirilən xörəyə isə sumax və razyana,keşniş toxumu tökmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm
Tramp Venesuelada "Tren de Aragua" liderinin öldürüldüyünü açıqladı
14:14 13.06.2026
Dünya
İddia qəbul edilmədi: Məktəb rəhbərliyi ekspertə uduzdu
14:06 13.06.2026
Elm və Təhsil
Sabah 34 dərəcə isti olacaq
13:05 13.06.2026
Ekologiya
Zaxarovanın şeirinə yazılan mahnı Rusiyada duyğusal anlar yaşatdı
12:57 13.06.2026
Dünya
Hindistanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb
12:45 13.06.2026
Dünya
Bu gün Azərbaycanda "Son zəng" tədbiri keçirilir
12:30 13.06.2026
Elm və Təhsil
Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir
12:23 13.06.2026
Gündəm