ÜST: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada hər 4 nəfərdən 1-nin hələ də təhlükəsiz içməli suya çıxışının olmadığını bildirib.

Sherg.az-ın məlumatına görə, Qebreyesus qeyd edib ki, təhlükəsiz su sağlamlığın əsas şərtlərindən biridir. O, hər kəsin sağlamlığının, ləyaqətinin və imkanlarının yaxşılaşdırılması üçün birgə fəaliyyət göstərməyə çağırıb.