ÜST koronavirusun yeni “mu” ştamının yayılmasını şərh edib
09:40 02.09.2021
Sağlamlıq
527
Koronavirusun yeni “mu” ştamının orqanizmin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır".
Bunu “Report”a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazarkeviç bildirib.
“Ştam mutasiyalara malik olduğundan maraq doğuran variant kimi müəyyən edilib. Bu mutasiyaların insan orqanizminin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. Virusların təkamülü ilə bağlı ÜST-ün İşçi qrupuna təqdim edilmiş məlumatlar göstərir ki, xəstəlik və ya vaksinləmə nəticəsində formalaşmış immunitet bu ştama qarşı o qədər də təsirli olmaya bilər. Bu məlumatı təsdiq etmək üçün əlavə araşdırmalar aparılmalıdır",- o bildirib.
Onun sözlərinə görə, koronavirusun yeni “mu” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib. GISAID-in (Qrip barədə məlumatların mübadiləsi üzrə Qlobal təşəbbüs qrupu) avqustun 29-na olan məlumatına görə, indiyədək “mu” ştamına dünyanın 39 ölkəsində 4 500-dən çox yoluxma halı qeydə alınıb.
“Dünyada “mu” ştamının yayılması halları azalmaqdadır. Hazırda yoluxmaların yalnız 0,1 %-i bu varianta aiddir. Son həftələrdə Kolumbiya və Ekvadorda yeni ştama yoluxma halları artıb. ÜST bu variantın təsirini araşdırmaqla yanaşı, onun epidemioloji təkümülünü də diqqətlə izləyir”, - təşkilatın nümayəndəsi fikrini tamamlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət