Uzun müddət oturmaq ölüm riskini artırır - Alimlərdən bir daha XƏBƏRDARLIQ

Şotlandiyanın Qlazqo Universitetinin araşdırmasına görə, uzun müddət hərəkətsiz oturmaq xərçəngdən ölüm riskini artırır.

Sherg.az xəbər verir ki, 91 mindən çox insanın məlumatlarının təxminən 12 il ərzində izlənildiyi araşdırmada, fasiləsiz oturulan hər əlavə saatın xərçəngdən ölüm riskini 9 faiz artırdığı müəyyənləşib.

Alimlər bildirirlər ki, oturma müddətini yüngül fiziki hərəkətlərlə bölmək riski azaldır. Gündə bir saat oturmağın yüngül aktivliklə əvəzlənməsi xərçəngdən ölüm riskini 12 faiz azalda bilər.

Mütəxəssislər xüsusilə masa arxasında çalışanlara gün ərzində qısa gəzintilər etməyi və uzun müddət fasiləsiz oturmamağı tövsiyə edirlər.