Vaksinasiya “Delta” ştammından qoruyurmu? – Həkimdən izah
Fidan Həmişəyeva
12:55 10.08.2021
Sağlamlıq
581
Dünyada, xüsusilə region ölkələrində - Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Məlumdur ki, epidemiyanın qarşısını almaq məqsədilə ölkəmizdə də vaksinasiya prosesi davam edir. Hətta bəzi mütəxəssislərin fikrincə, vaksin olunan şəxslərin yenidən koronaya yoluxma ehtimalı yoxdur. Bir çoxları isə vaksinasiyadan sonra virusa yoluxma baş verərsə, xəstəliyin yüngül keçdiyini qeyd edir.
Bu günlərdə hər iki doza vaksini vurduran vətəndaşlarımızdan biri əvvəllər xəstəliyi keçirdiyi halda, yenidən koronaya yoluxduğunu deyib. Təbii ki, bu hal müəyyən suallar doğurur. Maraqlıdır, vaksin olunan şəxsin yenidən virusa yoluxması nə dərəcədə mümkündür?
Həkim allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a bildirib ki, hər iki doza vaksin qəbul edən şəxsin yenidən koronavirusa yoluxması mümkündür:
“Dünyada olduğu kimi, Azərbaycanda da vaksinasiya prosesi davam edir. Bəlkə də, region ölkələri ilə müqayisədə bu prosesi ən sürətlə davam etdirən bizik. Dünyada koronavirusun qarşısını alan ikinci bir variant yoxdur. Bu baxımdan vaksinasiya vacibdir. Təbii ki, xüsusi əks göstərişləri olan insanlar vaksin vurulmasından azaddır. İlk zamanlar Azərbaycanda Çin istehsalı olan “Sinovac” və yaxud “Koronavac” vaksinlərindən istifadə olundu. Onların da keyfiyyət sertifikatı 90 faiz özünü sınamış vaksin kimi göstərilirdi.
2 doza vaksin vurdurmaq o deməkdir ki, bundan sonra 6 ay ərzində yoluxma olmaya da bilər, olsa belə, ölüm riski sıfıra enir və xəstəlik yüngül keçir. Bunlara baxmayaraq, bəzi ağır xəstəliyi olan şəxslər 2 doza vaksin alandan sonra belə yenidən yoluxarkən çətinliklə üzləşə bilərlər. Çox təsadüfi hallarda 2 doza vaksindən sonra koronavirusun ağır keçmə ehtimalı var. Ancaq hər iki doza vaksin qəbul edən şəxslər gələcəkdə virusa yoluxmayacaq deyə bir anlayış yoxdur”.
Həkim vaksinasiya prosesinin “Delta” ştammına təsirlərini də diqqətə çatdırıb:
“Araşdırmalar göstərdi ki, vaksinlər az dərəcədə olsa da, “Delta” ştammından qorumaq təsirinə malikdir. Məsələn, Azərbaycanda Çin, Almaniya, Rusiya, Böyük Britaniya vaksinlərindən istifadə olunur. Onların sınaq müddəti 6 ay və 1 il ərzində müşahidə edilib. Vaksinlər 1 illik tədqiqatdan sonra istifadəyə buraxıldı. Ola bilsin vətəndaşlarda müəyyən şübhə və tərəddüdlər yaranıb ki, necə ola bilər 6 ay və ya 1 il ərzində vaksin istehsal edildi və müsbət təsiri aşkarlandı.
Lakin tədqiqatlar göstərir ki, vaksin olunmuş insanların təkrar yoluxması, bəlkə, min xəstədən biri və yaxud ikisində aşkarlanır. Bu baxımdan vaskinasiya məsləhətli bir prosesdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz