Virusu dərhal öldürür
07:03 03.09.2021
Sağlamlıq
552
Yeni hazırlanan dərman korona xəstələrinə ümid oldu
Türkiyəli həkim, professor İsmail Balık koronavirusa qarşı ABŞ-da hazırlanan Faz-3 dərmanının araşdırmalarına başladıqlarını söyləyib. "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor bu dərmanın xüsusilə yüksək risk qrupunda olan xəstələrə veriləcəyini deyib. Həmçinin bildirib ki, bu dərman koronavirusdan ölüm riskini azaltma xüsusiyyətinə malikdir: "Sentyabrın 1-dən etibarən ABŞ-da koronavirusa qarşı hazırlanmış Faz-3 adlı dərmanın araşdırmalarına başladıq.
Qeyd edim ki, bu birbaşa antiviral bir dərmandır. Bir müddət öncə Faz-1 və Faz-2-nin tədqiqatları ABŞ-da aparılıb. Onların çox təsirli olduğu göründüyü üçün Faz-3-ün tədqiqatlarını aparmaq qərarına gəldik.
Bu dərman "Covid-19" əleyhinə ən yaxşı inkişaf etdirilmiş dərmanlardan biri olaraq görülür. Faz-3 tədqiqatda olduğu üçün hazırda bu dərmanın bazar adı verilmir.
Onun araşdırması aparıldıqdan sonra ona lisenziya veriləcək və adı bəlli olacaq. Virusu birbaşa öldürən bu dərman həyati orqanlarda ağır infeksiyaların qarşısını almaq xüsusiyyətinə malikdir. Təəssüf ki, bu günə qədər koronavirusu birbaşa öldürən heç bir dərman tapılmayıb. Hazırda koronavirusa qarşı iki dərman istifadə olunur, lakin onlar da digər xəstəliklər üçün hazırlanıb. Ancaq bu dərman "Covid-19"-un törədicisi olan Sars-Cov-2 üçün hazırlanıb. Və birbaşa olaraq koronavirusu hədəf alan və öldürən bir dərmandır. Buna görə də digərlərinə nisbətən effektivliyi yüksək səviyyədədir. Bu dərmanı ilkin mərhələdə, xüsusən də heç vaxt peyvənd edilməmiş və xəstələnmə riski yüksək olan insanlara istifadə edəcəyik. Ancaq maraqlı bir şeylə qarşılaşdıq. Səhərdən etibarən bura gələrək testləri pozitiv olan bir çox xəstəyə təklif etsək də, onlar könüllü olmaqdan çəkiniblər. Açığı, bu da bizi çox təəccübləndirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət