Xəstəyə süni qollar köçürüldü
Məlahət Rzayeva
09:34 13.07.2021
Sağlamlıq
591
Bu əməliyyat Türkiyədə sayca 5-cidir
48 saat sonra özündə dəyişikliyi görən xəstə, "nə vaxt çalışacaq" deyə həkimə müraciət edib
Evli və 1 övlad atası polis məmuru Sami Şahin beyin qanaması keçirib. Antalya Universiteti Xəstəxanasına aparılan S.Şahinin beyin ölümü gerçəkləşdiyi məlum olduqda ailəsi orqanlarının bağışlamaq qərarına gəlib. Sami Şahinin qolları 9 yaşındaykən dinamit partlaması nəticəsində əllərini bilək hissədən itirən, hazırda 34 yaşında olan Yavuz Ayılmazdıra nəql edilib.
“Şərq” “Milliyet.com”a istinadən bildirir ki, əməliyyat 14 saat davam edib. Reanimasiya şöbəsindəki müalicəsi isə 60 saat sürən Y.Ayılmazdır, sonra steril bir otağa köçürülüb.
Əməliyyatı Antalya Universiteti Tibb Fakültəsi Plastik Rekonstruktiv və Estetik Cərrahi kafedrasının professoru doktor Ömər Özkan həyata keçirib. Ö.Özkan bu əməliyyatın Türkiyədə sayca 5-ci olduğunu deyib.
“Texniki baxımdan çox çətin əməliyyatdır, lakin xəstəmizin bərpa prosesi daha sürətlə gedir. Əməliyyatdan sonra ikinci həftədə vəziyyəti artıq çox yaxşıdır. Bundan sonra daim qəbul etməli olduğu dərmanları müəyyənləşdiririk”, deyən cərrah “heç bir neqativ hal yoxdur.
Xəstəmiz riskli mərhələni sürətli bir şəkildə atlatdı. Təbii ki, burada komandamızın təcrübəsinin əhəmiyyəti böyükdür. Xəstəmizi qısa zaman içində qarşınıza çıxaracağıq.
Onun gənc və sağlıqlı olması önəmlidir. Xəstə məmnun, ailəsi məmnun və xoşbəxtdirlər. Əllərini işlədə bilməsini səbirsizliklə gözləyirik”, əlavə edib. Cərrah xəstənin süni qollarını əməliyyatdan 48 saat sonra ilk dəfə gördüyünü deyib: “əllərini gördükdə ilk sualı bu oldu: hocam, əllərim nə zaman çalışacaq?.. Ailəsi də bunu soruşmuşdu.
6 ay sonra qollarını çalışdıracağını söyləyə bilərəm. Öncə fiziki hərəkətlər etməli, sonra da yavaş-yavaş qollarını işlətməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya