Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar aparılır



Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, hazırda Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar aparılır.

Səfirin sözlərinə görə, bu sazişi yeni nəsil saziş adlandırmaq olar: “Çünki bizim hazırkı münasibətlərimizin əsasları 90-cı illərin ortalarında yaranıb və təbii ki bu əsasların yenilənməsinə ehtiyac var. Belə ki, hər iki tərəf bu tərəfdaşlığı inkişaf etdirmək istəyir və bunun üçün müasir, möhkəm və yenilənmiş əsaslar lazımdır”.

K.Yankauskas bildirib ki, yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlarda irəliləyişlər əldə olunmaqdadır.