İlham Əliyev Fransanın İqtisadiyyat və Maliyyə nazirini qəbul edib - YENİLƏNİB
15:18 29.07.2019
Siyasət
714
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Sherg.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Fransaya ötənilki uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Fransa Prezidenti Emmanuel Makron ilə keçirilən səmərəli müzakirələri Azərbaycanla Fransa arasında tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edən amil kimi dəyərləndirib. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Dövlətimizin başçısı fransız şirkətlərinin Azərbaycandakı səmərəli fəaliyyətini qeyd edərək, onların sayının artmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev investisiya sahəsində də yaxşı əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ilk növbədə, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırdı. Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğuladı. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulandı, münaqişənin nizama salınması ilə əlaqədar fikir mübadiləsi aparıldı.
Görüşdə neft, qaz, nəqliyyat, infrastruktur, ekologiya və digər sahələrdə əməkdaşlıq və görüləcək işlər müzakirə edildi.Dövlətimizin başçısı Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.
11:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Sherg.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda vaxtı keçmiş kreditlər 3%-ə yaxın artıb
10:48 30.01.2025
İqtisadiyyat
Demə, 7 deyil, 6 qitə var!
10:41 30.01.2025
Maraqlı
Zukerberq Trampa 25 milyon dollar ödəyəcək
10:34 30.01.2025
Dünya
Türkiyənin məşhur aktrisası ana oldu
10:20 30.01.2025
Şou
HƏMAS Ərdoğanla nələri müzakirə etdi?
10:07 30.01.2025
Dünya
Trampın dəstəklədiyi çinli alim dünyanı alt-üst edir
10:00 30.01.2025
Dünya
Biləcəridə 2 qumbara tapılıb
09:53 30.01.2025
Hadisə
Ermənistan və Gürcüstan XİN rəhbərləri görüşüb
09:46 30.01.2025
Cənubi Qafqaz
Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb
09:39 30.01.2025
İqtisadiyyat
Ekspert: Tramvaylar Bakıda tıxacların xilaskarı ola bilməyəcək
08:51 30.01.2025
Ölkə
Xaricdə böyüyən azərbaycanlı gənclər assimilyasiyadan qorunmalıdır
08:00 30.01.2025
Sosial
Ata "TikTok" videosuna görə 14 yaşlı qızını öldürdü
07:41 30.01.2025
Hadisə
Orqanizmi zəhərlərdən təmizləyən - 5 MƏHSUL
06:09 30.01.2025
Sağlamlıq
Ermənistan daha bir gərginliyə imza atdı -AKTUAL
05:47 30.01.2025
Region
Tramp 30 minə qədər miqrantı Quantanamoya göndərəcək
05:23 30.01.2025
Dünya
Politoloq: “Putin yoxdursa, problem də yoxdur”...
05:00 30.01.2025
Dünya
Neymar futbol tarixinin ən bahalı qolunu vurub
04:37 30.01.2025
İdman
Ermənistan yuxudan ayılsa, Zəngəzur dəhlizi açılacaq -ŞƏRH
04:11 30.01.2025
Cənubi Qafqaz
Kadırov niyə görünmür? - Nazirdən açıqlama
03:54 30.01.2025
Dünya
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu keçirilib
03:02 30.01.2025
İdman
Rusiya iqtisadiyyatını çökdürmək çətindir - RƏY
02:42 30.01.2025
Dünya
Mişustin türk ölkəsinə səfərə getdi
02:31 30.01.2025
Region
Paşinyanın "sülh göyərçini" obrazı ifşa olunur -Deputat
02:03 30.01.2025
Siyasət