Makron və Ruhani İranın nüvə sazişi öhdəliklərindən danışıb



İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron arasında Tehranın nüvə sazişinin azaldılmasının üçüncü mərhələsi ilə bağlı qərarından sonra ilk telefon bağlantısı yaradılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, İran prezidenti Makrona nüvə sazişinin icrası ilə bağlı Avropa ilə qəti razılaşmalar əldə olunacağı halda İranın nüvə proqramı ilə bağlı sazişin müddəalarının icrasına qayıtmağa hazır olduğunu bildirib.

“Avropa ilə razılaşmalar tamamlanacağı təqdirdə, Birgə Hərtərəfli Fəaliyyət Planının öhdəliklərinə qayıtmağa hazırıq”, - deyən Ruhani, öhdəliklərin azaldılmasının üçüncü mərhələsinin də geri dönüşü olduğunu vurğulayıb.

O, həmçinin Avropanı nüvə razılaşmasının qorunmasında rolunu yerinə yetirməyə çağırıb.

Öz növbəsində Fransa prezidenti Parisin bu istiqamətdə öz işlərini davam etdirəcəyinə əminliyini dilə gətirib.