Bələdiyyə seçkiləri: Namizədlərin qeydə alınması başa çatdı

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi ilə bağlı ayrılan müddət yekunlaşıb.

"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin qeydə alınması üçün müəyyən olunan müddət 2019-cu il noyabrın 22-si saat 18:00-da sona çatıb.

Qeyd edək ki, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.