"Hörmətli Dilarə xanım, bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları".
Sherg.az-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev Dilarə Seyidzadəyə “Şərəf” ordenini təqdim edərkən deyib.
Ölkə başçısı bildirib ki, yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq:
"Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər".