Biz Avropa Birliyi ilə tam, bərabərhüquqlu əlaqələr qurmaq niyyətindəyik, AB-yə üzv olmaq yox.
Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Brüssel səfəri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AB-yə qoşulmaq istəyən ölkələr müxtəlif problemlərlə üzləşir:
“Moldova, Gürcüstan, Ukrayna kimi dövlətlər Avropa Birliyinə üzv olmaq istədikləri üçün çoxsaylı problemlərlə qarşılaşır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz milli maraqlarına əsaslanan siyasətini davam etdirməlidir”.
Şəfiyev bildirib ki, Prezident İlham Əliyevin apardığı sonuncu islahatların, kadr dəyişikliyinin AB düşüncə mərkəzləri tərəfindən alqışlanır və dəstəklənir:
“Avropa Komissiyasının nümayəndələri də Prezidentin ölkədə dərin islahatlar aparmasından məmnun olduqlarını dilə gətirdi”.