Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl Bakıya səfər edəcək.
Bu barədə Report-a AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak məlumat verib.
O, fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklərini bildirib: "Biz müşahidəçi qismində iki dəfə Azərbaycanda səfərdə olacağıq. Seçkiqabağı vəziyyəti, seçkilərə hazırlığı və seçkilər müşahidə edəcəyik".
Xatırladaq ki, AŞPA fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 30-dan çox müşahidəçi göndərəcək.