Rəsmi Ankara ABŞ Senatının 1915-ci il erməni hadisələrini “soyqırımı” kimi tanıyan qətnaməni qəbul etməsini “tarixin necə siyasiləşdirilə biləcəyinin utancverici örnəklərindən biri” adlandırıb.
Bbu barədə Türkiyə XİN bəyanat yayıb.
Türkiyə XİN sözügedən qərarın “Türkiyə-ABŞ münasibətlərinin inkişafı istiqamətindəki səyləri iflasa uğratmağı hədəfləyən bir təşəbbüs” olduğunu qeyd edib.
“ABŞ senatının 1915-ci il hadisələri ilə bağlı 12 dekabr 2019-cu il tarixli qərarı istənilən tarixi bilgi və hüquqi əsasdan məhrumdur”, - XİN-in bəyanatında deyilib.
XİN bəyanatında, həmçinin, Türkiyənin bundan sonra da bölgəsindəki həyati vacib maraqlarını qorumaq üçün apardığı mübarizəni bu cür haqsız və əsassız qərarlardan təsirlənmədən qərarlılıqla davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ Senatı qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edib.