Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri  Zoqrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 29-30-u tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-I rəsmi açıqlama yayıb.

Nazirlərin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyi, bundan sonra Qarabağ münaqişəsi ilə bağlı ikitərəfli danışıqlar aparacağı gözlənilir. Sonuncu dəfə nazirlər 2019-cu ilin dekabrında Slovakiya paytaxtı Bratislavada görüşmüşdü.