Məmmədyarovla Mnatsakanyanın görüşü başladı

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva Tvitter səhifəsində məlumat paylaşıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.