Avropa Şurasının Parlament Assambleyasında təmsil olunan milli nümayəndə heyətlərinin yarıdan çoxu Rusiya nümayəndə heyətinin qurumda səlahiyyətlərinin bərpa edilməsinə səs verib.
TASS agentliyi xəbər verir ki, bu barədə AŞPA-nın rəsmi saytında məlumat dərc edilib.
Beləliklə, 33 nümayəndə heyətindən 18-i Rusiya Federasiyasından olan həmkarlarına dəstək veriblər. Bu ölkələrin ardıcıllığını təqdim edirik: Almaniya, İtaliya, Avstriya, İsveçrə, Kipr, Finlandiya, Fransa, İslandiya, Lüksemburq, Norveç, Serbiya, Azərbaycan, Ermənistandır.
San-Marino, Yunanıstan, Monako, Andorra və Belçikadan olan nümayəndə həyəti də yuxarıda adıçəkilən ölkələrin parlament üzvləri ilə həmrəylik nümayiş etdiriblər.
Çexiya, İspaniya, Moldova, Hollandiya, Slovakiya və Böyük Britaniya nümayəndə heyətlərinin fikirləri isə haçalanıb. Türkiyədən olan əksər deputatlar rusiyalı parlamentarilərin qurumda səlahiyyətlərinin bərpa edilməsinə səs veriblər.
Bütövlükdə Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin bərpa edilməsinə 96 deputat dəstək olub, 44 nəfər əleyhinə, yeddi nümayəndə isə səsvermədə iştirak etməyib.