Bülletenlərin MSK-dan dairə seçki komissiyalarına verilməsi prosesi sabah başa çatır


Sabah Milli Məclisə növbədənkənar seçkilərlə bağlı seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi başa çatır.

APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən məlumatına görə, Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 5 gün qalanadək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 4-dək olan dövrü əhatə edir.

Seçki bülletenlərinin seçki komissiyasından məntəqə seçki komissiyalarına  verilməsi prosesi isə fevralın 6-dək başa çatmalıdır.