Dmitri Kobitski: Azərbaycan parlament seçkilərinə tam hazırdır


Azərbaycanda seçkilər ən yüksək səviyyədə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski deyib.

“Mərkəzi Seçki Komissiyası seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün xeyli iş görüb. Seçki məntəqələrini gəzib seçkilərin gedişatını müşahidə edəcəyik və monitorinqlərin nəticələrinə uyğun yekun rəy MSK-ya göndəriləcək”.

Onun sözlərinə görə, seçkilərə hazırlıq barədə ilkin təəssüratlar müsbətdir. Azərbaycan parlament seçkilərinə tam hazırdır.