Azərbaycanda seçkiləri 132 beynəlxalq KİV işıqlandıracaq


Azərbaycan növbədənkənar parlament seçkilərini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıra biləcək.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, kifayət qədər geniş təmsilçilik var.