ATƏT DTİHB missiyası seçkilərin ilkin qiymətləndirilməsini sabah açıqlayacaq

“Parlament seçkilərinin keçirilməsi prosesini qiymətləndirmə mərhələsindəyik”.

Serq.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) müşahidə missiyasının rəhbəri Piter Teyler deyib.

“Seçkilərin ilkin qiymətləndirilməsini sabah açıqlayacağıq. Seçki öncəsi prosesi, seçkilərin özünü və seçkidən sonrakı dövrü müşahidə etdiyimizi anlamaq vacibdir”.

Qeyd edək ki, AŞPA, ATƏT DTİHB və ATƏT PA müşahidəçilərinin seçkiləri müşahidə ilə bağlı birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.