"Seçkiyə gəlin! Eşq olsun sizə. Bu qarda, bu boranda yollardasız!”
“MSK-nin rəsmi rəqəmlərinə baxdım. Saat 10-a olan informasiyaya görə, Oğuz –Qəbələ dairəsində 7 minə yaxın seçici iştirak edib”.
Bunu 117 saylı Qəbələ-Oğuz seçki dairəsindən namizədliyini irəli sürmüş, tanınmış jurnalist Ləman Ələşrəfqızı deyib. Onun sözlərinə görə, qar yağmağına baxmayaraq, kəndlərdə aktivlik müşahidə olunur:
“Kəndləri bir-bir gəzirəm. Müşahidə etdiyim problem odur ki, az qala bütün məntəqələrdə bülletenlər məntəqə sədrinin otağındadır. 10-10 stolun üstünə qoyurlar. Soruşuruq niyə? Cavab yoxdur.
Qanunla bülleten komissiya üzvlərinin qarşısında olmalıdır. Seyfdə, məntəqə sədrinin stolunun üstündə yox. Dörd məntəqədə bülletenləri gizləndiyi yerdən çıxartmışıq.
Bütün bunlar seçkilərin saxtalaşdılımasına cəhdlərdir. Yəni, sonradan bülletenləri topa şəkilində atıb, saxtalaşdıra bilərlər”.
L.Ələşrəfıqızı onu da əlavə edib ki, Oğuzda namizədliyini geri götürməyi ilə bağlı şayiə yayıblar: “İnsanlara səslənirəm ki, şayiələrə inanmayın. Seçkiyə gəlin! Eşq olsun sizə. Bu qarda, bu boranda yollardasız!”