“...Məntəqələrdən bəzilərində deputatlığa namizədlərin vəkil və müşahidəçilərinin qanunları pozmaq cəhdləri haqda informasiyalar var”
“Seçki məntəqələrinə baş çəkirəm, proses normal gedir”.
Bunu “Sherg.az”a millət vəkili, 95 saylı Tərtər seçki dairəsinin namizədi Sahib Alıyev deyib. Onun sözlərinə görə, Tərtərdə tepmeraturun birdən-birə 18-20 dərəcə aşağı düşməsinə baxmayaraq seçici fəallığı yetərincə yüksəkdir:
“Bura da qar yağıb, ancaq insanlar seçkilərə gəlirlər. Hər şey qaydasındadır”.
Neqativ hallara gəlincə,S.Alıyev diqqətə çatdırıb ki, məntəqələrdən bəzilərində deputatlığa namizədlərin vəkil və müşahidəçilərinin qanunları pozmaq cəhdləri haqda informasiya var. Bundan başqa, Pənah Məmmədovun kürəkəninin səsverməyə gələn seçiciləri ona səs verməyə çağırdığı faktları aşkar olunub:
“Bəzi deputatlığa namizədlərin öz feysbuk səhifə və profilllərində qanunlara əməl etməyərək seçkinin gedişinə təsir etməyə çalışdıqları da görünür. Amma bütövlükdə götürdükdə bir daha vurğulayıram ki, hələlik səsvermə şəffaf və yetərincə də yüksək seçici fəallığı şəraitində keçir”.