"Biz Azərbaycan xalqını dəstəkləyirik" - ATƏT PA-nın müşahidə missiyasının rəhbəri - VİDEO

"Mən bilirəm ki bu gün Azərbaycan xalqı üçün vacib gündür”.

Serq.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Parlament Assambleyasının müşahidəçilər missiyasının rəhbəri​ Elona Xoca-Qjebreya​ deyib.

“Biz bu gün ölkəni dəstəkləmək və öhdəliyin bir hissəsi olan standartları və prosedurları qiymətləndirmək üçün buradayıq. Bu gün ATƏT DTİHB və AŞPA nümayəndələri ilə birgə müşahidələr aparırıq. Bildiyiniz kimi, biz həm də ölkəmizin parlamentariləri kimi burdayıq. Biz Azərbaycanı xalqını dəstəkləyir, sizə sülh stabil və məhsuldar gün arzulayırıq”.