Daxili İşlər nazirimizin həssaslığını təqdir etdim, amma istefasını qəbul etmədim və vəzifəsini davam etdirməsini istədim.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DİN başçısı Süleyman Soylunun istefa qərarından danışarkən bildirib.
Qeyd edək ki, Türkiyə Daxili İşlər naziri ötən gün axşam saatlarında istefa verdiyini açıqlamışdı. Ancaq Prezident Ərdoğan istefanı qəbul etməmişdi.
MHP başqanı Dövlət Baxçalı da Süleyman Soyluya dəstəyini ifadə etmiş və onun istefasının qəbul edilməməsini alqışlamışdı.
S.Soylu isə bundan sonra vəzifəsinin başına geri dönmüşdü.