"Ermənistanın birinci xanımı Anna Akopyan işğal olunmuş Azərbaycan ərazilərindəki separatçılarla görüşündə ağzı köpüklənə-köpüklənə saxta "sülhpərvərlik"dən dəm vurur".
Bunu "Sherg.az"a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, Anna Akopyanın özünün və bir çox erməni qadınlarının əllərinə silah alıb döyüşməyə hazır olduğunu bəyan etməsi faşist əhval-ruhiyyəsinin təzahürüdür:
"Həm də hazırki Ermənistan iqtidarının öz sələflərinin işğalçı siyasətinin davamçısı olduğunu göstərir. Anna Akopyan bir il bundan öncə elə həmin qadınların qarşısında özünü dünya ictimaiyyətinə sülh tərəfdarı kimi sırımağa çalışırdı. Lakin indi bütün erməni qadınlarını silaha sarılmağa çağırır. Bu həm idiotizmdir, həm də absurddur. Beynəlxalq təşkilatlar və xüsusən də ATƏT-in həmsədrləri Nikol Paşinyanın xanımının bu avantürist çıxışına göz yummamalı, laqeyd yanaşmamalıdır. Diplomatlar Anna Akopyanın üzünə gülümsəmək əvəzinə, onu gərginliyi qızışdırmaqda ittiham etməlidirlər".