Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub


Milli Məclisin sədri Sahibə Qafarova və iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Mustafa Şentop arasında bu gün telefon danışığı olub.
APA-nın məlumatına görə, Sahibə Qafarova bu barədə “Facebook” hesabında paylaşım edib. 
Paylaşımda deyilir:

“Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”.