ATƏT PA prezidenti Kaspşiklə görüş keçirib

ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Gürcüstan parlamentinin üzvü Giorgi Tsereteli Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiklə onlayn görüş keçirib.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.