Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə ediblər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya Prezidenti yanında Təhlükəsizlik Şurasının onlayn iclası keçirilib, iclasda Ermənistan-Azərbaycan sərhədində vəziyyət müzakirə olunub və Moskvanın vasitəçilik səylərinə hazır olduğu vurğulanıb: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eskalasiyanın davam etməsindən narahatlıq ifadə olunub".