Hikmət Hacıyev: “Minsk Qrupunun geniş formatda iclasına ehtiyac var”

“Ermənistanın danışıqları pozmaq cəhdlərinə son qoymaq lazımdır”. 
Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun 11 üzvü var. 
H.Hacıyev əlavə edib ki, Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var. 
Həmçinin, bildirib ki, Minsk Qrupunun həmsədrləri mandatına görə Helsinki Yekun aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas götürməlidirlər.