Nazir müavini: “Ermənilər yaşadıqları ölkələrdə qanunlara riayət etmir və irqçiliklə məşğul olurlar”

“Ermənistan rəhbərliyinin avantürası boşa çıxacaq”. 
Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, xaricdə yaşayan azərbaycanlılar Ermənistanın Tovuz istiqamətində təxribatlarını pisləyən dinc aksiyalar keçirərək, həmrəylik nümayiş etdiriblər.
X.Xələfov qeyd edib ki, ermənilər yaşadıqları ölkələrdə qanunlara riayət etmir və irqçiliklə məşğul olurlar.
XİN rəsmisi əlavə edib ki, Azərbaycan dövləti öz sərhədlərini qorumaq iqtidarındadır.