Ermənistan ordusunda qiyam ! – “Xüsusi təyinatlıları döyüşdən imtina edib” – Pərən-pərən olublar !

“Ermənilər ordumuz qarşısında tab gətirə bilmirlər. Paşinyan isə hələ də xalqı aldatmaqla məşğuldur”

“Cəbhədən hər gün şad xəbərlər. Ən yaxın zamanda ərazi bütövlüyümüzü tam təmin edəcəyimizə əminəm” 


 Ermənistan silahlı qüvvələrinin 3-cü Ordu Korpusunun alaylarından birində qiyam baş verib. Qiyam baş verən korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşdirilib. Alaydakı muzdlular Dağlıq Qarabağdakı döyüş bölgəsinə yenidən yerləşdirmə əmrinə tabe olmaqdan kütləvi şəkildə imtina ediblər. Həmçinin Müdafiə Nazirliyimizin yaydığı məlumata görə, Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir və döyüş texnikası sıradan çıxarılır. 

Qeyd edilib ki, Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar:

 “Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük”.- deyə məlumatda bildirilib.
Əlbəttə, başqa cür ola da bilməzdi. Danışmaqla deyil ki...Gərək hünəri döyüş meydanında göstərəsən.

 Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi Hikmət Məmmədov da “Sherg.az”a bildirib ki, düşmən ordusunda durum yaxşı deyil, hətta gərgindir:

“Yayılan görüntülər də bunu təsdiqləyir. Azərbaycan bu günlərdə XXI əsr müharibəsi aparır. Rusiyalı hərbi ekspertlərin, bəzi dövlətlətlərin ordu komandanlanlarının rəylərinə görə, Azərbaycan döyüşlərdə tanka, topa daha ehtiyac olmadığını isbatladı. Çünki biz ən müasir texnikadan yararlanaraq qarşı tərəfə dəqiq zərbələr endiririk. İndi düşmən pərən-pərən olub. Məcbur qalıb, uşaqları, qızları orduya cəlb edirlər. Əlbəttə, bizdə belə hal yoxdur. Ola da bilməz. Başqa bir məqam isə ondan ibarətdir ki, Ermənistanın xüsusi təyinatlı qoşunu da döyüşməkdən imtina edib və buna görə onlara cinayət işi açılıb”.

 H. Məmmədovun fikrincə, tarixi qələbə uzaqda deyil: 

"Ermənilər ordumuz qarşısında tab gətirə bilmirlər. Paşinyan isə hələ də xalqı aldatmaqla məşğuldur. Baş nazir itkilərin olduğunu etiraf etsə də, qələbə qazanacaqları barədə vədlər verir. Saxta bir xəritə çıxarıblar. Guya ki, Azərbaycan Silahlı Qüvvələri rayonları, yüksəklikləri azad edib və bunun heç bir qorxusu yoxdur. Amma yalanlarının sona çatmasına az qalıb. Dünya Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, bizim haqq savaşı apardığımızı bilir. Hərbçilərimiz hazırda xeyli əraziyə nəzarət edirlər. Əsas məqam ondan ibarətdir ki, biz ermənilərə aid bir dənə belə, tikilini dağıtmamışıq, bircə nəfər mülki əhaliyə də atəş açmamışıq. Belə vandallıqlar törədənlər onlardırlar.

Biz dediyim kimi, haqq savaşı aparırıq. Başqasının torpağında gözümüz yoxdur. Cəbhədən hər gün şad xəbərlər. Ən yaxın zamanda ərazi bütövlüyümüzü tam təmin edəcəyimizə əminəm”.