Ermənistan dünyanın əsəbi ilə oynayır ! - “Bu ölkədən narazılıqlar var” - “Ən zəif bənd" !


“İşğalçı ölkə son üç həftə ərzində bir neçə ölkənin, o cümlədən Türkiyənin, Pakistanın, İsrailin... timsalında özünə düşmən qazanıb”

“Təsadüfi deyil ki, Ukrayna, Rusiyada da rəsmi İrəvana qarşı narazılıqlar var”

“Ermənistan bu məntiqsiz davranışlarının nəticəsini hələ sonra- müharibə bitəndə görəcək”


Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyev, demək olar, mütəmadi olaraq cəbhədən yeni qələbə xəbərini verir. Ermənistanın baş naziri Nikol Paşinyan isə bir gündən bir yeni yalanla, iddia ilə çıxış edir və beləliklə, “rekord”unu yeniləyir. İndi də Qarabağda Pakistan xüsusi təyinatlarının döyüşdüyünü deyib. Amma cavab gecikməyib və Paşinyan üçün F-16 effekti yaradıb.

Belə ki, Pakistanın Müdafiə naziri Pərviz Xəttaq baş nazirə belə cavab verib: "Pakistanın 650 minlik ordusu var. Təkcə xüsusi təyinatlılarımızın sayı Ermənistan ordusunun sayından bir neçə dəfə çoxdur. Bizim reyncerlər (red: Pakistan xüsusi təyinatlıları) Qarabağda olsaydı, Paşinyan bu gün Ermənistanın baş naziri kimi yox, Azərbaycanın əlində hərbi əsir kimi danışardı".

Politoloq İlqar Vəlizadə erməni baş nazirin növbəti fiaskosu barədə “Sherg.az”a danışıb: 

“Müxtəlif rəsmi şəxslər, ekspertlər məsələ ətrafında dəfələrlə müzakirələr aparıblar. Bildirilib ki, Azərbaycanın kifayət qədər gücü var və heç bir əlavə qüvvəyə ehtiyacı yoxdur.

Amma Ermənistan ragiondan və dünyadan təcrid olunmaq üçün əlindən gələni edir. Bu qədər balaca ölkənin belə iddialarla çıxış etməsi, həqiqətən, gülməli, məntiqsizdir.

İşğalçı ölkə son üç həftə ərzində bir neçə ölkənin, o cümlədən Türkiyənin, Pakistanın, İsrailin... timsalında özünə düşmən qazanıb. Bu siyahı uzanmaqdadır. Ümumiyyətlə, Ermənistan artıq dünyanın əsəbləri ilə oynayır. Təsadüfi deyil ki, Ukrayna, Rusiyada da rəsmi İrəvana qarşı narazılıqlar var.

Ermənistan bu məntiqsiz davranışlarının nəticəsini hələ sonra- müharibə bitəndə görəcək. O, özünə qarşı ikrah yaratmaqla bütün beynəlxalq və regional layihələrdə “ən zəif bənd”ə çevriləcək”.