Ermənistan üçün artıq yolun sonu görünür

"Gələcəkdə çox ciddi hadisələrin şahidi ola bilərik"

"Mən bunu tam şişirtmədən və pafossuz deyirəm. Əslində Ermənistanın bir dövlət kimi varlığı sual altındadır"

"Üfüqdə görünən Türk İslam Birliyinə düşmən olmaq istəməyən Rusiya buna göz yummağa məcburiyyətində qalacaq"


“Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar yeni mərhələyə keçə bilər. Buna səbəb hələ Qarabağda məsələnin tam həll edilməmiş olması və Naxçıvanla Azərbaycanın bir-birindən qopmuş halda qalmasıdır”.

Bunu “Şərq”ə açıqlamasında AĞ Partiya İdarə Heyətinin üzvü Səddam Nəcəfov deyib. O bildirib ki, səbəb isə ermənilərin dinc durmaması, yenidən təxribatlara əl atmasıdır:

“Qarabağ döyüşləri zamanı ələ keçirilən erməni əsirləri təbii ki, razılaşmaya əsasən və qarşılıqlı olaraq təhvil veriləcək. Lakin son günlərdə baş verən məlum təxribatlara cavab olaraq Azərbaycan tərəfindən Qarabağda yenidən əməliyyat keçirərək ələ keçirilən əsirlər, müharibə dövründəki əsirlərlə hüquqi müstəvidə eyni statusa malik deyil. Əlbəttə ki, ermənilər onsuz da bir millət yox, sanki doğuşdan terrorçudurlar. Lakin döyüş vaxtı ələ keçən əsirlər başqa, döyüşdən sonra Azərbaycan Ordusunun nəzarəti altında olan yerlərdə terror törətməyə cəhd edən silahlı birləşmələr başqadır. Düşünürəm ki, bu qruplaşmaları məhkəmə qarşısına çıxararaq ömürlük həbs etmək lazımdır. Qoy suveren bir dövlətin ərazisində terror aksiyaları keçirmək istəməyin sonrakı “həzzini” yaşasınlar”.

S.Nəcəfov qeyd edib ki, bütün bunlar regionda yeni bir savaşı alovlandırmaq istəyidir:

“Bütün bu illər ərzində Ermənistanın bizim torpaqlara vurduğu zərəri təyin etdikdən sonra Avropa Məhkəməsinə müraciəti var. Artıq hər kəsə məlumdur ki, bu zərərin iki yolla ödəniş forması var. İlk olaraq, dəyən ziyanın maddi qarşılığı ödənilməli, ikinci yolu isə qarşı tərəfi qane edəcək hansısa ərazini güzəştə getməklə. Azərbaycan bu ziyanın yüz milyard dollar dəyərində olduğunu dəfələrlə bildirib. Hələ beynəlxalq təşkilatlar da bu ziyanın dəyərləndirilməsində iştirak edəcək. Ermənistanın isə heç bu məbləğin üçdə birini belə verə bilməyəcəyi heç kəsə sirr deyil. Təbii ki, bu məbləği heç Ermənistanın havadarları da ödəməz. Çünki belə vəziyyətdə onların Ermənistan üzərindəki istər siyasi, istərsə də hər hansısa maraqları bu qədər bahalı bir maraq deyil. Bütün bunlardan isə ortaya bir nəticə çıxır. Ermənistan nə pul ödəyən, nə də torpaq güzəştə gedən deyil. Əvəzində isə təkcə bir alternativ qalır ki, bu da yenə müharibə yoludur. Fikrimcə, həm rus sülhməramlılarının, həm də ermənilərin özbaşınalığı bu yolu qaçılmaz edəcək”.

S.Nəcəfov vurğulayıb ki, Qarabağın bəlli yerlərində rus sülhməramlılarının bir az başlı-başına buraxılması, habelə Türkiyə sülhməramlılarının Qarabağa gəlməkdə ləngiməsinin arxasında bir siyasət durur:

“Azərbaycan tərəfi 10 noyabr razılaşmasından sonra Qarabağda ermənilərin torpaqlarımızdan çıxarkən evləri, meşələri yandırıb talaması, erməni hərbi birləşmələrinin çəkildikləri yerlərdə minalar basdırmaları, sülhməramlıların olduqları yerlərdə hələ də silahlı ermənilərin olmaları, o ərazilərdən Azərbaycan Ordusunun əsgərlərinə bir neçə dəfə etdikləri hücumları və əlbəttə ki, rus sülhməramlılarının bütün bunlara ya göz yumması, ya da ən yaxşı halda öz vəzifələrinin öhdəsindən gələ bilməməkləri kimi neqativ hallar gələcəkdə masaya qoyulacaq. Çünki bütün bunlar əslində rus sülhməramlılarının məsələyə çözüm ola bilmədiklərini və Xankəndi də daxil olmaqla digər rayonlara tam nəzarət etmək növbəsinin elə Azərbaycan silahlı qüvvələrinin əlinə keçməsinin labüdlüyünü ortaya qoyur.

Onu da vurğulayım ki, Qarabağ münaqişəsinin həlli Rusiya üçün bir fəlakətin başlanğıcı ola bilər. O ki qaldı Ermənistana, onlar üçün artıq yolun sonu görünür. Gələcəkdə çox ciddi hadisələrin şahidi ola bilərik. Mən bunu tam şişirtmədən və pafossuz deyirəm. Əslində Ermənistanın bir dövlət kimi varlığı sual altındadır. Buna səbəb dünyada ən vacib güclərdən birinə çevrilməkdə olan Türkiyəyə, onun üçün çox önəmli yerə malik Azərbaycana, regiondakı güc ilə heç olmadığı qədər əlaqələri gücləndirib, müttəfiqlik qurmaq istəyən İsrailə və əlbəttə ki, yəhudi lobbisinə arada ürək bulandıran belə bir dövlət sadəcə lazım deyil. Və üfüqdə görünən Türk İslam Birliyinə düşmən olmaq istəməyən Rusiya buna göz yummağa məcburiyyətində qalacaq. Lakin tarix hər zaman bizim istədiyimiz kimi olmur.

Xırda bir nüans hadisələrin gediş formasını dəyişə bilir. Lakin bizim üçün əsas olan, hadisələrin gedəcəyi son ünvana; yəni hədəfimizə çatmağımızdır. Məhz Azərbaycanın qəhrəman ordusu Qarabağda bu hədəflər uğrunda qəhrəmanlıq dastanı yazdı və bu milləti daha da dirçəltdi”.