Rəsmi Moskva Co Baydenin yeni administrasiyası dövründə ABŞ-la normal dialoqa açıqdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Biz Bayden hakimiyyəti dövründə ABŞ-la münasibətlərin tam yaxşılaşacağını proqnozlaşdırmırıq, prinsipcə, yaxşılaşma gözlənilmir də. Biz normal, qarşılıqlı hörmətə əsaslanan dialoqa açığıq", - Zaxarova bildirib.