Ermənistan mətbuatının son məlumatlarına görə , İrəvanın Şenqavitdə yerləşən məhkəmə binasında Robert Köçəryan və onun dəstəsinin işi üzrə məhkəmə prosesi başlayıb.
"Sherg.az" xəbər verir ki, bu iş üzrə son iclas ötən ilin sentyabrın 22-də keçirilib, sonra məhkəmə Qarabağda müharibənin başlama səbəbinə görə , dayandırılıb.
Ermənistanın keçmiş Müdafiə Naziri Seyran Ohanyan, Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov və sabiq baş nazirin müavini Armen Gevorkyan dövlət əleyhinə cinayətdə və konstitusiya quruluşunun devrilməsinə cəhddə günahlandırılır.