Ayvazyan həmsədr ölkələrin səfirləri ilə görüşdü – Minsk qrupu qayıdır?

Dünən Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ATƏT – in Minsk qrupu həmsədr ölkələrin səfirlərini – Rusiyadan Sergey Kopirkin, Fransadan Conatan Lakote, Amerikadan Lin Trasini - qəbul edib. 

«Sherg.az» «armenews.com”a istinadən xəbər verir ki,  görüş çərçivəsində Qarabağ müharibəsindən sonrakı vəziyyət müzakirə olunub.

Tərəflər öncə Qarabağda sülhyaratma prosesində Minsk qrupunun yenidən iştirakının zəruriliyini qeyd ediblər.Bundan başqa, erməni nazir Xankəndidəki ermənilərin hüquqlarının qorunması, təhlükəsizliyi məsələsini, onlara humanitar yardım məsələrini gündəmə gətirib.


Haşiyə : Qeyd edək ki, hazırda Xankəndidəki ermənilərin təhlükəsizliyinə hər hansı bir təhdid yoxdur. Çünki Azərbaycanın paytaxtı Bakı şəhərində 30 minə yaxın erməni yaşayır ki, onlar da yerli sakinlərlə bərabər hüquqlara malikdirlər. Üstəgəl, Qarabağdakı rus sülməramlıları da ermənilərin hüquq və təhlükəsizliyini təmin edir. Bundan başqa, Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, ölkəmizin qanunlarını, Azərbaycanın vətəndaşlığını qəbul edən ermənilər orada sərbəst şəkildə yaşaya bilərlər. 

Həmçinin A.Ayvazyan müharibə bitdikdən, yəni 10 noyabrda kapitulyasiya sənədi imzalandıqdan sonra Qarabağa gizli yollarla keçib Azərbaycan əsgərlərinə silahlı basqın edib, nəticədə əsir götürülən terroçu ermənilərin qaytarılmasına diqqət çəkib.

Həmin şəxslərin qaytarılması ilə bağlı beynəlxalq təşkilatlarla, xüsusən də BMT və onun xüsusi agentliyi ilə əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. 
Məlumat üçün bildirək ki, Azərbaycan tərəfi həmin şəxslərin terrorçu olmasına dair tutarlı faktları beynəlxalq təşkilatlara təqdim edib.